ABŞ Çini həddindən artıq istehsal səbəbilə tənqid edirbackend

ABŞ Çini həddindən artıq istehsal səbəbilə tənqid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quançjouya səfər edən ABŞ Maliyyə Naziri Janet Yellen rəsmilərə bildirib ki, Çin müəssisələri həddən artıq çox məhsul istehsal edir və bu, qlobal tarazlığı pozaraq Çini təhdid edir.

Editor.az bu barədə Reuters-ə istinadla yazır. O, qeyd edib ki, elektromobillər, akkumulyatorlar, günəş panelləri və yarımkeçiricilər kateqoriyalarında müəyyən disbalans var. Yellen bildirib ki, böyük dövlət subsidiyaları və zəif daxili tələb qlobal əmtəə qiymətlərinin aşağı düşməsinə və digər ölkələrdəki istehsalçıların təzyiqlə üzləşməsinə səbəb olur.

//Gülnarə Abasova, Editor.az