ABŞ Çinin nüvə silahı danışıqlarından imtina etdiyini bildiribbackend

ABŞ Çinin nüvə silahı danışıqlarından imtina etdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti bildirib ki, Çin 2023-cü ilin noyabrında nüvə silahlarına nəzarət üzrə ABŞ ilə danışıqları bərpa etməkdən imtina edib.

Editor.az xəbər verir ki, mövzu ilə bağlı “Semafor” portalı idarənin nümayəndəsinə istinadən yazır. “Təəssüf ki, ÇXR növbəti iclası rədd etdi və təqdim etdiyimiz variantlara mənalı cavab vermədi”,-deyə rəsmi bildirib. Onun sözlərinə görə, Ağ Ev danışıqlarda Çin və ABŞ arasında nüvə silahının yayılmaması üzrə əməkdaşlığı gücləndirməyi, ballistik raket sınaqları üçün xəbərdarlıq sisteminin yaradılmasını, həmçinin kosmosda gərginliyin azaldılması üçün tədbirlər görməyi təklif edib.

Mayın 2-də ABŞ müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plumb konqresdəki dinləmələrdə bildirib ki, Rusiya və Çin yerüstü və orbitə çıxan antikosmik silahlar hazırlayır və yerləşdirirlər. Onun sözlərinə görə, Rusiya kosmosda kinetik silahların prototipini hazırlayıb və yerləşdirib, Çin isə ikili məqsədli robot peyklər yaradıb.

//Gülnarə Abasova, Editor.az