ABŞ Çinin Rusiyaya potensial silah satışı ilə bağlı kəşfiyyat məlumatlarını açıqlaya bilər – WSJbackend

ABŞ Çinin Rusiyaya potensial silah satışı ilə bağlı kəşfiyyat məlumatlarını açıqlaya bilər – WSJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden administrasiyası Çinin Ukraynadakı müharibəni dəstəkləmək üçün Rusiyaya silah tədarük etməyi düşündüyünə dair kəşfiyyat məlumatlarını yaymağı düşünür.

Editor.az bu barədə “The Wall Street Journal” a istinadən xəbər verir. Son həftələr Qərb ölkələri Pekinin Rusiyaya silah satışı ilə bağlı əvvəlki məhdudiyyətlərdən imtina edə biləcəyi ilə bağlı kəşfiyyat məlumatı əldə ediblər. ABŞ və Avropa rəsmilərinin sözlərinə görə, Çin hələ yekun qərar verməyib. Rəsmilər bildiriblər ki, Pekin əvvəllər maliyyə yardımı və neft alışlarına dəstəyini məhdudlaşdırmaqda ehtiyatlı davranırdı, lakin indi bu mövqe dəyişir. Çin Rusiya Federasiyasına mikroçiplər və pilotsuz uçuş aparatları kimi kommersiya malları da satıb ki, onların da hərbi tətbiqləri var.

Məqalədə qeyd edilib ki, Çində silah ticarəti gizli xarakter daşıyır və Rusiyanın hansı silahları ala biləcəyi bəlli deyil. Çin Ukraynadakı müharibədə geniş istifadə olunan silahların, o cümlədən uzaqmənzilli artilleriya, dəqiq reaktiv buraxılış sistemləri, kiçik taktiki pilotsuz uçuş aparatları və döyüş sursatlarının istehsalı üzrə dünya lideridir.

//Gülnarə Abasova, Editor.az