ABŞ Çinin sənaye sahələrindən birinə yeni məhdudiyyətlər qoyubbackend

ABŞ Çinin sənaye sahələrindən birinə yeni məhdudiyyətlər qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ölkənin texnoloji sənayesini cilovlamaq məqsədilə Çinə süni intellekt çipləri və avadanlıqlarının tədarükünə yeni məhdudiyyətlər qoyub.

Editor.az bu barədə “Reuters”ə istinadla xəbər verir. Yenidən işlənmiş qaydalar 2023-cü ilin oktyabrında tətbiq edilən məhdudiyyətlərə əsaslanır. Sənəddə dəyişikliklərin həcmi 166 səhifəni əhatə edir. Çiplərin, xüsusən də Çinə tədarükü ilə bağlı məhdudiyyətlər bu çipləri ehtiva edən noutbuklara da aiddir. Yeni qaydalar aprelin 4-dən qüvvəyə minəcək.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazmışdı ki, ABŞ-ın süni intellekt texnologiyaları üçün istifadə edilən çiplərin Çinə ixracına yeni məhdudiyyətlər qoyacağından ehtiyat edən böyük Çin şirkətləri təcili olaraq Amerika istehsalçısı Nvidia-dan çiplər almağa başlayıblar. Nəşrin mənbələrinə görə, həyəcanlı Çin internet nəhəngləri artıq 5 milyard dollarlıq sifarişlər veriblər. Söhbət məhsuldar süni intellekt sistemlərinin yaradılması üçün zəruri olan yüksək performanslı Nvidia çiplərinin alınmasından gedir.

//Gülnarə Abasova, Editor.az