ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməməlidir – Çinin xarici işlər naziribackend

ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməməlidir – Çinin xarici işlər naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşüb. Çinli nazir deyib ki, ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməməlidir.

Onun sözlərinə görə, Çin hakimiyyəti hər zaman “qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə” sadiq qalıb. Vanq Yi əmin edib ki, Pekin iki ölkə arasında münasibətlərin “sabit, sağlam və davamlı inkişafını” təşviq etmək istəyir: “ABŞ Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və suverenlik, təhlükəsizlik məsələlərində qırmızı xətləri keçməməlidir”, – Çin XİN rəhbəri bildirib.

//Samir Qurbanov, Editor.az