ABŞ Çinin Tayvanla birləşməyə hazır olduğunu düşünürbackend

ABŞ Çinin Tayvanla birləşməyə hazır olduğunu düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının sədri Xi Jinping Tayvana nəzarəti ələ keçirməkdə qərarlıdır.

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns çıxışı prezident Corc Buşun adını daşıyan mərkəzin saytında dərc olunmuşdu.

“Düşünürəm ki, Xi Jinping bütün siyasi həyatı boyu Tayvanı nəzarətdə saxlamaq üçün hərəkətə keçməkdə qərarlıdır. Bu o demək deyil ki, o, sabah, gələn ay və ya gələn il adayı işğal etməyi planlaşdırır. Sadəcə bu hədəfləri çox ciddi qəbul etməlidir”, – Burns bildirib.

Qeyd edək ki, martın 22-də ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Aquilino bildirib ki, “bütün əlamətlər” Çinin 2027-ci ilə qədər Tayvana potensial işğala hazır olduğuna işarə edir.

//Gülnarə Abasova, Editor.az