ABŞ Çinin telekommunikasiya şirkəti “Pacific Networks” un lisenziyasını ləğv edibbackend

ABŞ Çinin telekommunikasiya şirkəti “Pacific Networks” un lisenziyasını ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti (FCC) Çin dövlətə məxsus “Pacific Networks” və onun törəmə şirkəti “ComNet”in telekommunikasiya lisenziyasını ləğv edib. Komissiya şirkətə ölkədə fəaliyyətini dayandırmaq üçün 60 gün vaxt verib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Federal Rabitə Komissiyası( FCC) bəyanat yayıb.

Bəyanatda şirkətin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı önə sürülür.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien isə Vaşinqton administrasiyasının bu addımını tənqid edib. Cao bu qərarı ABŞ-ın dövlət səlahiyyətlərindən sui-istifadəsi və Çin şirkətlərinin əsassız şəkildə sıxışdırılması kimi qiymətləndirib.

Sözçü əlavə edib ki, Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün lazımi tədbirləri davam etdirəcək.

Qeyd edək ki, ABŞ bundan əvvəl “China Telecom” və “China Unicom” un lisenziyalarını ləğv etmişdi.

//Gülnarə Abasova, Editor.az