ABŞ Çinlə qarşıdurmadan imtina edirbackend

ABŞ Çinlə qarşıdurmadan imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Pit Heqset bəyan edib ki, ABŞ Çinlə münaqişə etmək istəmir. Pentaqon rəhbəri qarşıdurmanın dəhşətli nəticə verəcəyini bildirib.

Eyni zamanda o deyib ki, Panama kanalı ilə bağlı sazişlər “Çinin təsirindən azad olmaq” məqsədi daşıyır. Nazir qeyd edib ki, dövlətlər öz maraqlarına sərmayə qoyurlar. “Gəmilərimizin maneəsiz hərəkət edə bilməsi üçün su yollarının təmiz olmasını təmin etmək bizim maraqlarımıza uyğundur”, – Pit Heqset deyib.

Heqset ABŞ-Çin ticarət əlaqələrindəki problemlərin ölkələr arasında qarşıdurma katalizatoruna çevrilməyəcəyinə ümid etdiyini bildirib.

//Samir Qurbanov, Editor.az