Ağ Evin Çinlə ticarət danışıqları dalana dirənib.
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Fox News-a müsahibəsində bildirib.
“Hazırda Çinlə danışıqlar bir az dalana dirənib. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində onlarla daha çox danışıqlar aparacağıq”, – Bessent bildirib.
LN həmçinin əlavə edib ki, Çin prezidenti Xi Jinping və ABŞ prezidenti Donald Tramp arasında danışıqlar gələcəkdə hansısa məqamda mümkün ola bilər.
ABŞ Beynəlxalq Ticarət Məhkəməsi mayın 28-də prezidentin tətbiq etdiyi tarifləri dayandırıb. Məhkəmənin qərarında Trampın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı ilə prezidentə verilən səlahiyyətləri aşdığı vurğulanıb.
Lakin apellyasiya məhkəməsi Trampın Çin və digər ölkələrə ticarət tarifləri tətbiq edən qərarlarını bərpa edib.
//Gülnarə Abasova, Editor.az