ABŞ-ın Texas ştatında baş verən yol qəzasında 6 nəfər ölüb, daha 36 nəfər xəstəxanalara yerləşdirilib.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə CNN televiziya şirkəti polisə istinadən bildirib.
Bundan öncə Fort-Uert şəhərinin polis idarəsinin nümayəndəsi Daniel Siqura yol qəzasında 5 nəfərin öldüyü barədə məlumat verib.
Texasın mərkəzi magistral yollarından birində təxminən 100 avtomobil toqquşdu. Qəzaya səbəb yolun buzlaşması olub.

