ABŞ-da 2,8 minə yaxın uçuş təxirə salınıbbackend

ABŞ-da 2,8 minə yaxın uçuş təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da hava şəraitinin kəskin dəyişməsi səbəbindən 2,8 min uçuş təxirə salınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə “FlightAware” portalı xəbər verib.

Məlumata əsasən, ümumilikdə ölkənin hava limanlarında 2 788 uçuş ləğv edilib.

Gün ərzində təxirə salınan uçuşların sayının artması istisna edilməyib.

Qeyd edək ki, ABŞ-ın Milli Meteoroloji Ximdəti Orta Qərbdən ölkənin şərq sahillərinə qədər geniş bir ərazidə qar fırtınaları və buzlanma ilə bağlı xəbərdarlıq edib.