ABŞ-da 9 yaşlı qız dağ aslanının hücumuna məruz qalıbbackend

ABŞ-da 9 yaşlı qız dağ aslanının hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Vaşinqton ştatında dostları ilə düşərgədə gizlənqaç oynayan 9 yaşlı qız dağ aslanı kimi tanınan pumanın hücumuna məruz qalıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı qız üzündən və bədəninin yuxarı hissəsindən ağır yaralanıb. Zərərçəkmiş qızı dərhal xəstəxanaya aparıblar.

Bütün bədənində, xüsusən də üzündə yüzlərlə tikiş olan kiçik qızın dərhal müdaxilə nəticəsində sağ qaldığı bildirib. Dağ aslanı hadisə zamanı öldürülüb.

Səlahiyyətli şəxslər təbiət qoynunda düşərgə quran şəxslərə xəbərdarlıq edib ki, dağ aslanı ilə qarşılaşanda heç vaxt qaçmaq olmaz.

“Vəhşi həyvanlarla göz təması qurmağa çalışın və yavaş-yavaş geriyə doğru gedin. Heyvan sizə yaxınlaşarsa, mümkün qədər iri görünməyə çalışın. Bir daşın üstündə durun və əllərinizi başınızın üstünə qoyun. İddialı olun və qışqırın. Ona daş və ya digər əşyalar atın. Hücum etsə, onunla döyüşün. Əsla özünüzü ölü kimi göstərməyin”,- deyə xəbərdarlıqda bildirilib.

//Nəzərbəy Hacıağayev, Editor.az