ABŞ-da atışma nəticəsində üç nəfər ölüb, yaralananlar varbackend

ABŞ-da atışma nəticəsində üç nəfər ölüb, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İllinoys ştatında atışma qeydə alınıb.

TASS-ın məlumatına görə, hadisə Rokford şəhərində baş verib.

Atışma nəticəsində üç nəfər həlak olub, daha üç nəfər isə yaralanıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hələlik hadisə ilə əlaqədar bir nəfər saxlanıldığı məlumatı yayılıb. Hadisənin baş vermə səbəbi və təfərrüatı haqqında informasiya verilmir.