ABŞ-da atışma: ölənlər və yaralananlar varbackend

ABŞ-da atışma: ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Karolina ştatının Şarlotta şəhərində atışma nəticəsində ABŞ marşallarının əməliyyat qrupunun 3 üzvü həlak olub, daha 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Editor.az “Associated Press”ə istinadən bildirir ki, polis əməkdaşları qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxsi saxlamağa cəhd ediblər. Atışmanın marşalların şübhəlinin evinə yaxınlaşması ilə başlanıb. Atışma səslərini eşidən yerli polislər köməyə qaçıblar.

Onların köməyi ilə atəş açan ev sahibi güllələnib. Lakin daha sonra evdən başqa bir şəxs silahla çıxıb və atəş açıb. Ölənlər arasında marşal qrupunun üç üzvü, yaralananlar arasında bir marşal və dörd yerli polis də var. Onlardan birinin vəziyyəti ağırdır. Şimali Karolina qubernatoru Roy Kuper hadisə ilə əlaqədar şəhərə gələrək həlak olanların ailələrinə başsağlığı verib.

//Samir Qurbanov, Editor.az