ABŞ-da daha bir afroamerikalı polis tərəfindən güllələndibackend

ABŞ-da daha bir afroamerikalı polis tərəfindən güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtında daha bir afroamerikalı polis tərəfindən öldürülüb.

Editor.az xəbər verir ki, bu barədə WJLA telekanalı məlumat verib.

Bildirilib ki, polis küçədə park edilmiş avtomobillərdən birində silahlı şəxslərin olduğu barədə xəbərlərdən sonra hadisə yerinə gəlib. Asayiş keşikçiləri maşına yaxınlaşdıqda, avtomobildə olanların bəziləri qaçmağa başlayıblar.

Polislərdən biri tabel silahından atəş açıb. Nəticədə onlardan biri yaralanıb. Həmin şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.