Amerikanın “USA Today” qəzeti bu il prezidentliyə namizədlərin heç birini dəstəkləməmək qərarına gəlib.
Editor.az bildirir ki, bu barədə nəşrin sözçüsü Lark-Marie Anton “The Daily Beast”ə bildirib. Bundan əvvəl “The Washington Post” (WP) və “Los Angeles Times” analoji qərar qəbul ediblər. “USA Today” bildirib ki, o, “oxuculara məlumatlı qərarlar qəbul etmək üçün lazım olan vacib faktları və etibarlı məlumatları təqdim etməyə diqqət yetirəcək”.
2020-ci il seçkilərində “USA Today” Demokratların namizədi, hazırkı prezident Co Baydeni dəstəkləyib.
Xatırladaq ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək. Ötən həftə Tramp “The Wall Street Journal”ın seçkiqabağı sorğusunda rəqibini üstələyib. Sorğuda iştirak edən amerikalıların 47%-i Trampı dəstəkləməyə hazır olduqlarını, 45%-i isə xanım Harrisi dəstəkləyəcəklərini bildiriblər.
//Samir Qurbanov, Editor.az