Dekabrın 19-da Kapitoliyada Qəzza zolağında atəşkəs tələbi ilə mitinq keçirilib.
Editor.az “Fox News”a istindən xəbər verir ki, polis 60-a yaxın fəalı saxlayıb. Mitinq Kapitolinin mərkəzi rotundası daxilində baş tutub və icazəsis olub.
Bir neçə etirazçı “İsraili silahlandırmaqdan əl çəkin!” və “İsrail cinayətləri üçün bir sent, vaxt və pul yoxdur!” şüarları səsləndiriblər. İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında oktyabrın 7-dən bəri davam edən müharibə fonunda Qərb ölkələrində mütəmadi olaraq Fələstinə dəstək aksiyaları keçirilir.
Elə həmin ay Kapitolidə də mitinq olub. Təşkilatçıların dediyinə görə, orada 10 minə yaxın adam iştirak edib. Onlardan 500-ə yaxını Kapitolinin binasına daxil olub və saxlanılıb.
Qeyd edək ki, noyabrın 22-də İsrail və HƏMAS müvəqqəti atəşkəs barədə razılığa gəliblər və bu bir neçə dəfə uzadılıb. Lakin dekabrın 1-də İsrail ordusu yenidən hərbi əməliyyatlara başlayıb. “Axios”un məlumatına görə, İsrail girovların azad edilməsi müqabilində yenidən HƏMAS-a atəşkəs təklif edib.
//Samir Qurbanov, Editor.az

