ABŞ-da general “qiyamı”: səbəb – Əfqanıstanbackend

ABŞ-da general “qiyamı”: səbəb – Əfqanıstan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 87 general və admiral müdafiə naziri Lloyd Ostinlə Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəisi Mark Milliyə açıq məktub ünvanlayaraq onların dərhal istefa vermələrini tələb ediblər.

Editor.az CNN-ə istinadən bildirir ki, məktubda deyilir: “Əfqanıstandan qoşunlarımızın çıxarılmasının faciəli, fəlakətli sonuclarının olmaması üçün hər şeyi etmədiniz. Bu fəlakətin fəsadları nəhəng olacaq, onillər boyu hiss olunacaq”.

Məktubda o da vurğulanır ki, əfqanlarla amerikalılar təxliyyə məntəqələrinə doğru təhlükəsiz hərəkət edə bilməyərək mahiyyət etibarilə “Taliban”ın girovlarına çevrilmişdilər.

“Bundan sonra bütün dünyadakı terrorçular Meksika ilə açıq sərhəddən yararlanaraq maneəsiz şəkildə ABŞ ərazisinə keçə bilərlər. Bu terrorçular arasında yetərincə yoxlanmamış əfqan qaçqınlar da ola bilər”, – məktubda deyilir.