ABŞ-da güclü sel nəticəsində ölənlərin sayı 15-ə yüksəldibackend

ABŞ-da güclü sel nəticəsində ölənlərin sayı 15-ə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kentuki ştatında güclü yağışlar selə səbəb olub. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətin fəsadları artmaqda davam edir. Artıq yağışların səbəb olduğu sel ucbatından ölənlərin sayı 15 nəfərə yüksəlib. Bu barədə ştatın qubernatoru Andi Bihar məlumat verib. Onun sözlərinə görə, sel nəticəsində itkin düşənlərin axtarışı davam edir.

Hidrometeroloqlar isə yağışların davam edəcəyi barədə xəbərdarlıq edib.

//Nəzərbəy Hacıağayev, Editor.az