ABŞ-da helikopter qəzası: məşhur konsernin rəhbəri ailəsi ilə birlikdə həlak oldubackend

ABŞ-da helikopter qəzası: məşhur konsernin rəhbəri ailəsi ilə birlikdə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siemens” konserninin İspaniya filialının rəhbəri Aqustin Escobar Manhetten yaxınlığında vertolyotun Hudson çayına düşməsi nəticəsində ailəsi ilə birlikdə həlak olub.

Editor.az bildirir ki, bu barədə “The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir. Nəşr havaya qalxmazdan bir müddət əvvəl ailənin helikopterin yaxınlığında və içərisində çəkilmiş fotolarını dərc edib.
Fövqəladə hadisə dünən, aprelin 10-da baş verib. Rəsmi olaraq məlum olub ki, helikopterdə pilotdan başqa İspaniyadan olan bir ailə – iki böyük və üç uşaq olub.

Nyu-York meri Erik Adams altı nəfərin hamısının öldüyünü təsdiqləsə də, qurbanların kimliyini açıqlamayıb. Hadisənin nədən baş verdiyi məlum deyil. ABŞ prezidenti Donald Tramp qəzanın şərtləri ilə bağlı məlumatı tez bir zamanda yaymağa söz verib.

//Samir Qurbanov, Editor.az