ABŞ-ın Arizona ştatında helikopterlə təyyarənin toqquşması nəticəsində 2 nəfər ölüb.
Editor.az xəbər verir ki, “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, bu barədə ABC-15 telekanalı hakimiyyət orqanlarına istinadən xəbər verib.
Təyyarə və helikopter Çandler Hava Limanı yaxınlığında havada toqquşub. Toqquşmadan sonra helikopter qəzaya uğrayaraq yanıb və içərisində olan iki nəfər ölüb.

