ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boeing P8 Poseidon” kəşfiyyat təyyarəsi uçuş-enmə zolağından çıxaraq Havay adaları sahillərində suya düşüb.
Editor.az bildirir ki, bu barədə yerli “Hawaii News Now” portalı xəbər yayıb. Təyyarənin göyərtəsində 9 nəfərin olduğu, onların hamısının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, lakin sağ qalaraq sahilə çatdıqları, hazırda tibbi müayinədən keçirildiyi qeyd edilir. “Təyyarə qismən suya batmazdan əvvəl yerə enib və uçuş-enmə zolağının üstündən keçib.
Hadisənin səbəbləri aydınlaşdırılır və araşdırma aparılır”, – deyə ABŞ Dəniz Piyadaları Korpusunun Havaydakı bazasının sözçüsü leytenant Heyli Harms USNI News-a bildirib. Onun sözlərinə görə, hadisə Havay vaxtı ilə saat 13:59-da baş verib.
//Samir Qurbanov, Editor.az

