ABŞ-da hərbi təyyarə qəzaya uğradı: sağ qalan olmadıbackend

ABŞ-da hərbi təyyarə qəzaya uğradı: sağ qalan olmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Alabama ştatında UH-60 “Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində sağ qalan olmayıb.

Editor.az bildirir ki, bu barədə “BNO News” telekanalı məlumat yayıb. Məlumata görə, qəza fevralın 15-də yerli vaxtla saat 15:00 radələrində Huntsvil şəhərində baş verib. Helikopter magistral yola düşüb.

Yolda olanlardan heç kim xəsarət almayıb. Qəzadan sonra yanğın baş verib. Telekanal qəza yerindən fotoları da dərc edib. Fotolarda magistral yolda qara tüstü sütunu, eləcə də tıxacda olan avtomobillər aydın görünür. “Huntsville Medical Services” telekanalı qəzadan sağ qalanların olmadığını bildirib. Lakin helikopterdə neçə nəfərin olduğu hələlik məlum deyil.

  //Samir Qurbanov, Editor.az