ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərindən 160 kilometr şərqdə dəniz piyadalarını daşıyan hərbi təyyarə qəzaya uğrayıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 13:00-da baş verib.
ABŞ Dəniz Piyadaları Korpusunun sözçüsü Duane Kampa verdiyi açıqlamada qəzada 5 əsgərin öldüyünü bildirib. Kampa bildirib ki, qəza zamanı sağ qalanlar barədə hələ ki məlumat yoxdur.
Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə ilə bağlı araşdırmalar davam edir.
//Nəzərbəy, Editor.az

