ABŞ-da İrandan qisas almağa çağırırlarbackend

ABŞ-da İrandan qisas almağa çağırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumuna ABŞ-ın cavabı əvvəlki cavab hücumlarından daha güclü ola bilər.

Editor.az bildirir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir. Lakin Pentaqon və Ağ Ev öz planlarını gizli saxlamağa çalışır.

Nəşr yazır ki, ABŞ prezidenti Co Bayden İordaniyadakı bazaya hücumlardan sonra güclü təzyiq altında qalıb. Bəzi respublikaçılar oktyabr ayından bəri Suriya və İraqda 160-a yaxın hədəfə hücum edərək 120-yə yaxın ABŞ əsgərini yaralayan İrandan qisas almağa çağırırlar.

Mənbələr bildiriblər ki, Bayden administrasiyası İraq, Suriya və ya hər iki ölkədəki İran silahlı qruplaşmalarına zərbələr endirməyi düşünür.

Başqa bir seçim “ kiberhücum”dur. Xatırladaq ki, son aylarda ABŞ İraq və Suriyadakı iranlı qrupların silah anbarlarına dəfələrlə hücum edib, lakin “bu, yaraqlıları dayandıra bilməyib”.

//Samir Qurbanov, Editor.az