ABŞ-da kəskin hava şəraiti səbəbindən 34 nəfər ölübbackend

ABŞ-da kəskin hava şəraiti səbəbindən 34 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeddi ştatında şaxta və pis hava şəraiti səbəbindən ölənlərin sayı 34-ə çatıb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Məlumata görə, ən çox ölüm sayı Texas ştatında qeydə alınıb, burada kəskin hava şəraiti ilə əlaqədar 20 nəfər həyatını itirib.

Qar fırtınası səbəbindən təxminən 300 min Texas sakini hələ də elektrik enerjisindən məhrum vəziyyətdədir, onlardan 260 mindən çoxu həm də su ilə təmin edilmir. Ştatın ərazisinin böyük bir hissəsində anomal şaxtalı hava hökm sürür. Çərşənbə günü pis hava səbəbindən təxminən 2300 daxili və xarici aviareys ləğv edilib.

İşıqsız qalan ştat sakinləri avtomobillərində isinməyə çalışırlar. Bu da avtomobildə dəm qazından zəhərlənməyə səbəb olur. Daş və qaz sobaları ilə isinmək və ya generator istifadə etmək cəhdləri isə yanğına gətirib çıxarır. Bəzi mağazalar elektrik olmaması səbəbindən işləmir, qalanlarının qarşısında isə uzun növbələr var.