ABŞ-da kimya zavodunda yanğın baş veribbackend

ABŞ-da kimya zavodunda yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nebraska ştatının Omaha şəhərində kimyəvi zavodda yanğın baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, obyektdə baş verən partlayışlar və tüstü səbəbindən ətrafdakı evlərdə olanlar təxliyə edilib.

Omaha şəhərini elektriklə təmin edən idarənin verdiyi açıqlamaya görə, zavodun yaxınlığındakı 2382 ev işıqsız qalıb. Hələlik yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, müəssisədə tikinti sənayesi üçün üzlüklər, yapışdırıcılar, maye səthi bərkidicilər və digər kimyəvi məhsullar istehsal olunur.

//Nəzərbəy, Editor.az