ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu ötübbackend

ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da koronavirus infeksiyasına yoluxanların sayı 6 milyonu keçib.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə yoluxma halları 6 002 615-ə çatıb, 183 203 nəfər ölüb. Epidemiya dövründə sağalanların sayı isə 2 153 939 nəfərdir.

Qeyd edək ki, indiyədək dünyada 25 milyondan çox koronavirusa yoluxma, 847 mindən çox ölüm qeydə alınıb. Sağalanların sayı 16 milyonu keçib.