ABŞ-da koronavirusun yayılması sürəti azalıbbackend

ABŞ-da koronavirusun yayılması sürəti azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da koronavirusa (COVID-19) yoluxma sayı və bununla əlaqədar xəstəxanaya yerləşdirmə sayı azalmağa davam edir.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə “The Hill” nəşri Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Roşel Valenskiyə istinadən bildirib.

Qeyd edilib ki, sutkada koronavirusa yoluxmanın yeni halları yanvarın 8-də maksimuma çatıb, lakin sonra 13,4 fazi azalıb.

Orta hesabla, 26 yanvar – 1 fevral tarixləri arasında hakimiyyəti orqanları sutkada 144 min yeni yoluxma halları qeyd ediblər.

Ölüm sayı artmağa davam edir, ancaq ölüm hallarında artım tempi azalır.