ABŞ-da məhbus gözətçi ilə qaçıbbackend

ABŞ-da məhbus gözətçi ilə qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da həbsxanadan qaçırdığı məhbusla birlikdə yoxa çıxan mühafizəçi 10 günlük axtarışdan sonra yaralı halda tutulub.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, o, xəstəxanada dünyasını dəyişib.

Qətldə şübhəli bilinən 38 yaşlı Keysi Uayt və 56 yaşlı Viki Uaytın sevgi münasibətləri olduğu düşünülür. Soyadları oxşar olan cütlük aprelin 29-da Alabama ştatındakı Lauderdale həbsxanasından yoxa çıxıb. Mühafizəçi qadın Keysi Uaytı saxta tibbi müayinə bəhanəsi ilə həbsxanadan çıxarıb. Qaçan cütlük Alabama ştatının şimalındakı İndiana əyalətində polis tərəfindən yaxalanıb. Lauderdale polis rəisi Rik Sinqleton bildirib ki, cütlük polisdən qaçarkən avtomobilləri qəzaya uğrayıb. Çütlüyün yaxalandığı ərazidə olan yerli medianın məlumatına görə, hadisə zamanı mühafizəçi qadın özünü güllələyib.

Qeyd edək ki, 38 yaşlı Keysi Uayt 75 illik həbs cəzası alıb. O oğurluq, adam və polisə tabe olmamağa görə həbs olunub. Əgər Uayt cinayət törətməkdə təqsirli bilinsə edam olunacaq.

//Nəzərbəy, Editor.az