ABŞ-da məktəbdə silahlı insident: 15 yaşlı şagird öldübackend

ABŞ-da məktəbdə silahlı insident: 15 yaşlı şagird öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Arkanzas ştatındakı məktəblərdən birində silahlı insident olub.

Payn Blaff şəhərində baş verən hadisə zamanı 15 yaşlı yeniyetmə yaralanıb.

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Bildirilib ki, şagirdlərindən biri fasilə zamanı silahdan atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Polis əməkdaşları onu saxlamağa müvəffəq olub.

Polis hadisənin başvermə səbəblərini araşdırır.

//APA