ABŞ-ın 7 ştatında 9 meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski bildirib. O qeyd edib ki, yoluxma halları yerli labaratoriyalar tərəfindən aşkarlanıb. Yoluxmanın sayının artmasının qarşısını almaq üçün artıq tədbirlər görülməyə başlayıb.
Ağ Ev indiyədək dünyada belə kütləvi çiçək xəstəliyinin yayıldığının müşahidə olunmadığını bildirib.
//Nəzərbəy, Editor.az

