ABŞ-da meymunçiçəyindən ilk ölüm qeydə alınıbbackend

ABŞ-da meymunçiçəyindən ilk ölüm qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Los-Anceles şəhərində meymunçiçəyindən ilk ölüm qeydə alınıb.

Editor.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, meymun çiçəyi virusunun insanın ölümünə təsiri hələ də araşdırılır. Məlumdur ki, meymun çiçəyi virusu nadir hallarda ölümcül olur və immun sistemi zəif olan insanların xəstəliyi ağır keçirmək riski yüksəkdir. Virus bədəndə səpgilərə, ağrılara və titrəməyə səbəb ola bilər.

Qeyd edək ki, indiyədək dünyada 21 min 985 şəxsdə meymunçiçəyi xəstəliyi qeydə alınıb.

//Gülnarə Abasova, Editor.az