ABŞ-da müharibələrdə həlak olan amerikalıların şərəfinə “Xatirə Günü” paradı keçirildi: bu ölkənin bayrağı qaldırılmadıbackend

ABŞ-da müharibələrdə həlak olan amerikalıların şərəfinə “Xatirə Günü” paradı keçirildi: bu ölkənin bayrağı qaldırılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda müharibələrdə həlak olan amerikalıların şərəfinə keçirilən “Xatirə Günü” paradının iştirakçıları anti-Hitler koalisiyasına daxil olan ölkələrin bayraqlarını daşısalar da, Rusiya bayrağı paradda olmayıb.

Bu barədə RİA Novosti-nin müxbiri məlumat verib. Parad iştirakçıları “İkinci Dünya Müharibəsinin Müttəfiq Dövlətlərinə salam” yazılmış pankart altında yürüş edib və ittifaq dövlətlərinə qarşı bir yerdə dayanan ölkələrin bayraqlarını daşıyıblar. Agentliyin müxbirinin qeyd etdiyi kimi, onlardan təkcə Rusiya və ya SSRİ-nin deyil, həm də koalisiyada iştirak etmiş bir çox digər ölkələrin də bayrağı olmayıb.

Qeyd edək ki, mayın əvvəlində ABŞ prezidenti Donald Tramp ABŞ-ın İkinci Dünya Müharibəsində qələbəyə ən böyük töhfə verdiyini deyərək “Qələbə Günü” qeyd etmənin Avropada hərbi əməliyyatların sona çatdığı tarixə – 8 Maya keçirilməsini təklif etmişdi.

//Samir Qurbanov, Editor.az