ABŞ-ın bir çox şəhərlərində, o cümlədən Nyu-Yorkda dəhşətli çovğun baş verib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, qar səbəbindən 300 min insan işıqsız qalıb. Əksəriyyət isə yollarda çarəsiz vəziyyətdə qalıb.
Məlumata görə, Nyu-York ştatının Binqhamton şəhərində dünən qarın qalınlığı 38,6 santimetrə çatıb. Ştatın sakinləri aprel ayı üçün Nyu-Yorkda belə qara ilk dəfə rast gəldiklərini bildiriblər.
Hökumət tərəfindən insanların küçəyə çıxmasına və səyahət etmələrinə məhdudiyyətlər qoyulub. Bir çox aviareyslər təxirə salınıb.
//Editor.az

