ABŞ-da qətliam: 10 ölübackend

ABŞ-da qətliam: 10 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York ştatının Buffalo şəhərində mağazalardan birinə girən Payton Gendron adlı şəxs irqçi şüarlar səsləndirərək insanlara atəş açıb. Nəticədə bazarda mühafizəçi işləyən təqaüdçü polis də daxil olmaqla, 10 qaradərili amerikalı öldürülüb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisəni törədən cinayətkar həbs olunub. Cinayətkarın atəş açdığı 13 nəfərdən 11-nin qaradərili olması cinayətin irqçilik zəminində baş verdiyini göstərir.

Gendron qaradərililərə hücumu yanvar ayından planlaşdırıb. O, bu hücumu həyata keçirmək üçün Konklin şəhərindən Buffaloya qədər təxminən 320 km qət etdiyi bildirib. Buffola ərazisinin seçilməsi təsadüfi olmayıb. Çünki bu bölgədə qaradərililər daha çox yaşayır.

Cinayətkarın 180 səhifəlik irqçi manifest yazdığı müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, siyasi elitanın ağ əhalini azaltmaq üçün immiqrasiya və digər siyasətlərdən istifadə etdiyinə inanır. Cinayətkar bunun çıxış yolunu isə daha çox qaradərili öldürməsində görüb. Ələ keçirilən manifestdə onun 2019-cu ildə Yeni Zelandiyada məscidə 51 nəfərin ölümü ilə nəticələnən irqçi hücumu alqışladığı məlum olub.

//Nəzərbəy, Editor.az