ABŞ-da Rusiya-İran hərbi-texniki əməkdaşlığına qarşı qanun layihəsi hazırlanırbackend

ABŞ-da Rusiya-İran hərbi-texniki əməkdaşlığına qarşı qanun layihəsi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçı senator Rusiya-İran hərbi-texniki əməkdaşlığa qarşı qanun layihəsi hazırlayır.

Editor.az bildirir ki, bu barədə Ted Kruz deyib. O, qeyd edib ki, ABŞ administrasiyası Rusiya-İran əməkdaşlığına müdaxilə etməyə çalışmır. Buna görə də bizim hazırladığımız qanun layihəsi Rusiya və İran aralarındakı əməkdaşlıq çərçivəsində istifadə eolunan banklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə və tərsanələrə qarşı sanksiyaların tətbiqinə yönəlib.

Ted Kruz həmçinin bildirib ki, sənəd həmçinin İranın xaricdəki milyardlarının bloklanmasını nəzərdə tutur. “Rusiya ilə İran arasında əməkdaşlıq genişmiqyaslıdır və getdikcə dərinləşir. Bayden administrasiyası buna qarşı durmağa belə çalışmır”. Qeyd edək ki, mayın 15-də Ağ Ev İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığa qarşı sanksiyalar elan edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, bu əməkdaşlıq əsasən Moskvaya pilotsuz təyyarələr, artilleriya mərmiləri və sursatların tədarükündə özünü göstərir. Ağ Evin məlumatına görə, Rusiya İrandan 400-dən çox PUA alıb.

  //Samir Qurbanov,Editor.az