Bazar ertəsi Nümayəndələr Palatası ABŞ-ın atom elektrik stansiyaları üçün Rusiya uranının idxalını qadağan edən qanun layihəsini qəbul edib.
Editor.az “The Hill” nəşrinə istinadən bildirir ki, səsvermə tədbiri ikitərəfli dəstək alıb. Qanun qəbul edildikdən 90 gün sonra qüvvəyə minəcək. İdxal məhdudiyyətlərinin yekun şəkildə həyata keçirilməsi üçün ABŞ Senatının və Prezident Co Baydenin təsdiqi tələb olunur.
Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ elektrik stansiyaları tərəfindən istifadə edilən uranın böyük hissəsi idxal olunur və bu idxalın təxminən 12 faizi Rusiyanın payına düşür.
//Samir Qurbanov, Editor.az

