ABŞ-da “şatdaun” qaçılmazdır – “Axios”backend

ABŞ-da “şatdaun” qaçılmazdır – “Axios”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası hesab edir ki, prezident Co Baydenin parlamentin hər iki palatasının liderləri ilə gözlənilən görüşünə baxmayaraq, “şatdaun”dan (bağlanma) qaçmaq mümkün olmayacaq.

Editor.az “Axios”a istinaən xəbər verir ki, Konqresin aşağı palatasında Respublikaçılar Partiyasının üzvləri arasında bədbinlik hökm sürür, onlar əmindirlər ki, heç bir plan yoxdur, “Şatdaun” qaçılmazdır.

Onların digər həmkarları “şatdaun”dan sonrakı perspektivləri artıq qiymətləndirirlər, lakin onlar da müsbət dəyişikliklər gözləmirlər. Mötədil respublikaçılar “şatdaun”dan sonra ABŞ Konqresinə yenidən seçilə bilməyəcəkləri təhlükəsini görürlər.

Həftə sonu amerikalı qanunvericilər onları “şatdaun”dan xilas edə biləcək hökumətin maliyyələşdirmə qanun layihəsi ilə bağlı ikitərəfli razılığa gələ bilməyiblər. ABŞ Senatındakı Demokratik Çoxluğun lideri Cak Şumer”şatdaun”un bir hissəsinin martın 1-də ola biləcəyi barədə xəbərdarlıq edib.

O qeyd edib ki bu, ölkə iqtisadiyyatı və onun təhlükəsizliyi üçün təhdid olacaq.

//Samir Qurbanov, Editor.az