ABŞ-da Brain Braynerd Vedgvord adlı şəxsin etdikləri hər kəsi şoka salıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, o tanışlıq saytlarının vasitəsi ilə 30 dan çox qadını aldadıb və fərqli adlarla hesablar açan bu şəxs qadınların dələduzluq yolu ilə qızıl və zinət əşyalarını, hətta pullarını belə ələ keçirib. Dələduz ümumilikdə 1.3 milyon dollar pul oğurlamağa nail olub.
Vedgvordu elektron və poçt fırıldaqçılığına görə 20 il, çirkli pulların yuyulmasına görə 10 il və başqa şəxslərin adından istifadə etdiyinə görə iki ilə qədər həbs cəzası gözləyir.

//Nəzərbəy, Editor.az

