ABŞ-ın Vayominq, Montana və Aydaho ştatlarının bir hissəsini əhatə edən “Yellostoun” Milli Parkında güclü yağışların yağması daşqınlarla nəticələnib. Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, elektrik enerjisinin kəsildiyi milli parkın 5 girişi də bağlanıb.
Parkın yerləşdiyi ərazidə yağıntılar rekord səviyyədə olub.
Park nəzarətçisi Sem Şoli bildirib ki, əsas məqsədimiz bir çox yol və körpülərin zədələndiyi parkın şimal hissəsindəki insanları təxliyə etməkdir. O, qeyd edib ki, “Yellostoun” boyunca bir çox yollar su altında qalıb və ya daş, palçıqla örtülüb, bəzi körpülər isə zədələnib.
//Nəzərbəy Hacıağayev, Editor.az

