ABŞ-da silahlı hücum: 10 nəfər həyatını itirdi, mühasirəyə alınan şübhəli intihar etdibackend

ABŞ-da silahlı hücum: 10 nəfər həyatını itirdi, mühasirəyə alınan şübhəli intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığındakı Monterey Park-da rəqs klubuna silahlı hücum nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Editor.az xarici mediaya istinadla 72 yaşlı şübhəlinin təhlükəsizlik qüvvələrinin əvvəlcə mühasirəyə aldıqdan sonra içəri girdiyi mikroavtobusda yarı avtomatik tapança ilə özünü vurduğunu bildirir. Monterey Parkındakı hücumun səbəbi hələlik məlum deyil.

Məlumata görə, Monterey Parkında təşkil edilən hücumdan əvvəl minlərlə insan Çin təqviminə görə yeni ili qeyd etmək üçün şəhərdə keçirilən festivala qatılıb.

//Gülnarə Abasova, Editor.az