ABŞ-da silahlı qadın Federal Təhqiqatlar Bürosunun (FTB) binasına daxil oldu və…backend

ABŞ-da silahlı qaın Federal Təhqiqatlar Bürosunun (FTB) binasına daxil oldu və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində bir qadın əlində tapança ilə Federal Təhqiqatlar Bürosunun (FTB) binasına girib.

Editor.az “Associated Press”ə istinadən xəbər verir ki, bir saat sonra hüquq-mühafizə orqanları onu saxlaya biliblər. FTB nümayəndəsinin sözlərinə görə, qadın foyeyə girərək silahı özünə tuşlayıb. O, girov götürməyib.

Bir qrup şəxs onunla təxminən bir saat danışıb və bundan sonra qadın silahı yerə qoyub çıxmağa razılaşıb. “Biz hadisənin motivlərini araşdırmaqda davam edirik və hazırda heç bir ittiham qərarı verilməyib” – FTB bildirib. Saxlanılan şəxslə bağlı təfərrüatlar açıqlanmır.

//Samir Qurbanov, Editor.az