ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində fələstinlilərə məxsus kafedə HƏMAS lideri Yəhya Sinvarın adına olan içki menyuya daxil edilib.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, Qüds Qəhvə Evi “Şirin Sinvar” adlı portağal, zəncəfil və yerkökü qarışımı şirəsini təklif edir. 10 dollarlıq içki məhz 7 oktyabrda – İsrailə hücumun bir illiyində təqdim edilib. Bu isə təsadüfi deyil, çünki hücumun memarı Yəhya Sinvardır.
Nəşr həmçinin menyudakı digər içkinin “intifada” sözünü assosiasiya etdiyini iddia edib. Belə ki, “İced in tea fada” adlı özəl içkinin də Fələstin üsyanının adına uyğunlaşdırıldığı ehtimal edilir (İntifada – fələstinlilərin İsrail işğalına qarşı üsyanının ümumi adıdır).