Fırtına xəbərdarlığından sonra ABŞ-da son 10 ilin ən güclü qarının yağacağı gözlənilir.
Editor.az bu barədə CNN-ə istinadla xəbər verir. Beləliklə, Vaşinqtonda qar örtüyünün hündürlüyünün 15 ilə 25 sm arasında olduğu ehtimal edilir. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bəzi bölgələr üçün bunun son on ildən çox müddətdə ən güclü qar yağışı ola biləcəyini deyib. Sinoptiklərin fikrincə, çovğun zonasında 70 milyondan çox insan olacaq. Küləyin sürətinin 80 km/saat olacağı gözlənilir.
Bundan əvvəl yaxınlaşan qar fırtınası ilə əlaqədar Vaşinqtonda fövqəladə vəziyyət elan edilmişdi. ABŞ-ın 12 ştatında qar yağması səbəbindən elektrik enerjisinin kəsilməsi gözlənildiyi halda, artıq 72 min insan elektrik enerjisinin kəsilməsi ilə üzləşib. Eyni zamanda, ölkənin cənubunda qar əvəzinə güclü leysan olacaq.
//Gülnarə Abasova, Editor.az

