ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 185 minə yüksəldi.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə ölkədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 18 min nəfər artıb. Bu da proqnozlaşdırılan rəqəmlərdən qat-qat çoxdur. Çünki işsizlik müavinəti üçün müraciətlərin bu dövrdə 171 min olması gözlənilirdi.
Qeyd edək ki, ötən həftə isə bu göstərici 166 min idi.
//Editor.az

