ABŞ-da təbii fəlakət: təlafat varbackend

ABŞ-da təbii fəlakət: təlafat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ayova ştatının Qrinfild şəhərində baş verən tornado 4 nəfərin həyatına son qoyub.

Dövlət İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, daha 35 nəfər yaralanıb: “Birləşmiş Komandanlıq Ayova ştatının Adair qraflığında Qrinfilddə baş verən tornado nəticəsində 4 nəfərin öldüyünü və ən azı 35 nəfərin yaralandığını kədərlə bildirir”, – məlumatda deyilir. Yaralıların sayı daha çox ola bilər – hesablamada yalnız xəstəxanaya müraciət edənlər nəzərə alınıb. Qrinfild ştatın cənub-şərqindəki kiçik bir şəhərdir; orada 2 min nəfər yaşayır.

Mayın 21-i günorta saatlarında şəhəri tornado vurub. Sakinlər evlərini itirib, yerli xəstəxana dağılıb. ABŞ Milli Hava Xidməti mayın 21-də tornado ilə bağlı 20-dən çox məlumat alıb. Onların əksəriyyəti Ayovadandır.

//Samir Qurbanov, Editor.az