ABŞ-da tərk edilmiş yük maşınında ölən mühacirlərin sayı 53-ə çatıbbackend

ABŞ-da tərk edilmiş yük maşınında ölən mühacirlərin sayı 53-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında tərk edilmiş yük maşınında həyatını itirən immiqrantların sayı 53-ə yüksəlib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən edilən açıqlamada deyilir. Bildirilib ki, yük maşınından sağ çıxan 11 nəfər hələ də xəstəxanada müalicə olunur. Hadisə yerinə gələn bəzi ABŞ vətəndaşları susuzluqdan öldüyü güman edilən mühacirlərin xatirəsinə yük maşınının tərk edildiyi ərazini şam və çiçəklərlə bəzədib, eyni yerə plastik butulkalarda içməli su qoyub.  Bundan əlavə, sonrakı saatlarda yük maşınında həyatını itirən mühacirlərə görə San Antonio Travis Parkında etiraz aksiyası keçiriləcəyi də qeyd olunub.

//Gülnarə Abasova, Editor.az