ABŞ-ın Texas ştatının San Antonio şəhərində tərk edilmiş yük maşınında ölü tapılan immiqrantların sayı 51-ə yüksəlib.
Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, yük maşınında sağ tapılan və müalicə olunan 4-ü uşaq olmaqla 16 nəfərdən 5-i daha sonra aparıldıqları xəstəxanada dünyasını dəyişib. Avtomobildə olan Cənubi Amerikalı mühacirlərdən 22-nin Meksika, 7-nin Qvatemala və 2-nin Honduras vətəndaşı olduğu, qalanlarının şəxsiyyətinin hələ də bəlli olmadığı bildirilib.
//Gülnarə Abasova, Editor.az

