ABŞ-ın Ohayo ştatında kiçik təyyarənin havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib.
Editor.az xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı məlumata görə, “Cessna 441” tipli təyyarə Youngstown-Warren hava limanından qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.
Qəza nəticəsində təyyarədə olan 6 nəfərin hamısı həlak olub. Hadisədən sağ çıxan olmayıb.
Hazırda ölənlərin kimliyi açıqlanmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Rəsmilərin bildirdiyinə görə, təyyarənin düşdüyü əraziyə yaxın 3 yaşayış evi olub. Təyyarənin yaşayış məntəqəsinə düşməməsi daha böyük faciənin qarşısını alıb.
//Samir Qurbanov, Editor.az